Mövlud Çavuşoğlu "Krım platforması"nda iştirak etmək üçün Ukraynadadır

Mövlud Çavuşoğlu "Krım platforması"nda iştirak etmək üçün Ukraynadadır Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak edəcək.
Region
22 Avqust , 2021 14:20
Mövlud Çavuşoğlu Krım platformasında iştirak etmək üçün Ukraynadadır
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak etmək üçün Ukraynadadır.

"Report" xəbər verir ki, Mövlud Çavuşoğlu bununla bağlı tvitterdəki şəxsi hesabında məlumat verib.

11:58

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu məqsədlə nazir avqustun 23-də Ukraynaya səfər edəcək.

"Krım Platforması" sammitində 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, "Krım Platforması" Krımın Ukraynanın idarəçiliyinə qaytarılması uğrunda bütün dünyada səyləri koordinasiya etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən yaradılıb.

Sözügedən platformanın inauqurasiya sammiti və onun fəaliyyətə başlaması 23 avqustda həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi