Bakı. 17 oktyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin yüz minə yaxın sakini Suriyaya keçib, oradan da gedərək Türkiyəyə sığınıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının mətbuat xidməti bildirib.
Məlumata görə, oktyabrın 17-də Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatı başladıqdan sonra yüz minə yaxın sakin Suriyaya qaçıb, oradan Türkiyəyə gediblər.