Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə və eyniadlı vilayətə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
“Report” xəbər verir ki, 3 PUA vurulub.
Hücum nəticəsində itki və dağıntı olmayıb.
Vurulmuş texnikaların qalıqları ekspertizaya göndəriləcək.
Rusiya mətbuatı hücumu Ukrayna ordusunun həyata keçirdiyi barədə məlumat yayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, iki PUA Naro-Fomins şəhər dairəsinin Kalininets qəsəbəsində hərbi hissənin anbarının yaxınlığına düşüb.