Bakı. 2 dekabr. REPORT.AZ/ Moskvanın "Şeremetyevo" aeroportu hava şəraitinə uyğun olaraq işləyir, qarın təmizlənməsi üçün eniş-uçuş zolaqlarının bağlanması səbəbindən uçuşu gözləyən təyyarələrin növbəsi yaranıb.
“Report” xəbər verir ki, bu barədə şənbə gününə keçən gecə aviadispetçer xidmətindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Yaranmış hava şəraiti ilə əlaqədar olaraq "Şeremetyevo" hava limanı hava şəraitinə uyğun olaraq fəaliyyət göstərir. Bir saat ərzində adi vaxtlarda həyata keçirilən 55 uçuş-eniş əməliyyatı əvəzinə təqribən 20-si reallaşdırılır", - deyə mənbə bildirib.
"Uçmağı gözləyən hava gəmilərindən ibarət növbə yaranıb", - deyə həmsöhbət əlavə edib.