Moskvanın mərkəzində təxminən 80 nəfər saxlanılıb

Moskvanın mərkəzində təxminən 80 nəfər saxlanılıb Saxlanılanların sayı barədə rəsmi məlumat daxil olmayıb
Region
5 Noyabr , 2017 15:18
Moskvanın mərkəzində təxminən 80 nəfər saxlanılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvanın mərkəzində təxminən 80 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, Manej meydanında 40-dan çox adam, Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində isə bir neçə nəfər saxlanılıb.

Saxlanılanların sayı barədə rəsmi məlumat daxil olmayıb.

Noyabrın 3-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti ayın 4-5-də ölkə ərazisində aksiya keçirməyi planlaşdıran qadağan olunmuş "Artpodqotovka" hərəkatı özəyinin üzvlərinin saxlanılması barədə məlumat yayıb.

Hərəkatın lideri, millətçi Vyaçeslav Maltsev cinayət təqibindən ehtiyatlanaraq Rusiyanı tərk edib. Dövlət Dumasına seçkilərdən sonra o, Rusiyada inqilab hazırladığını bildirib. Hərəkat liderinin iddiasına görə, inqilab 5 noyabr 2017-ci il tarixində baş verməlidir.

Son xəbərlər

Orphus sistemi