Moskvadan olan turistlər Ural dağlarında itkin düşüb

Moskvadan olan turistlər Ural dağlarında itkin düşüb Ural dağlarındakı Dyatlov aşırımına səyahət etmiş Moskvadan olan turist qrupu hələ də geri qayıtmayıb
Region
10 Fevral , 2021 09:50
Moskvadan olan turistlər Ural dağlarında itkin düşüb

Ural dağlarındakı Dyatlov aşırımına səyahət etmiş Moskvadan olan turist qrupu hələ də geri qayıtmayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar fevralın 10-da, yerli vaxtla səhər saat 08.00-da geri dönməli imiş.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, aşırımda hazırda 3 turist qrupu var və onlarla daim əlaqə saxlanılır.

Lakin itkin düşən turistlərdən hələ də heç bir məlumat yoxdur.

Məlumata görə, turistlər 1959-cu ilin fevralında aşırımda ölən turist qrupunun xatirəsini yad etmək üçün aşırıma gediblər.

Son xəbərlər

Orphus sistemi