Moskvadakı təyyarə qəzasının səbəbləri açıqlanıb

Moskvadakı təyyarə qəzasının səbəbləri açıqlanıb Rusiya İstintaq Komitəsi Moskvada “Sukhoi SuperJet 100” təyyarəsinin qəzasının əsas səbəblərini açıqlayıb.
Region
6 May , 2019 12:25
Moskvadakı təyyarə qəzasının səbəbləri açıqlanıb
РИА "Новости"

Rusiya İstintaq Komitəsi Moskvada “Sukhoi SuperJet 100” təyyarəsinin qəzasının əsas səbəblərini açıqlayıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, komitənin sözçüsü Svetlana Petrenkonun bu barədə verdiyi məlumata görə, səbəblər arasında pilotların, dispetçerlərin, texniki heyətin naşılığı, texniki nasazlıqlar və əlverişsiz hava şəraiti göstərilir.

Xatırladaq ki, ötən gün Moskvanın "Şeremetyevo" hava limanında təcili eniş edən “Sukhoi SuperJet 100” təyyarəsinin yanması təticəsində 41 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi