Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın mərkəzində yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moskva Fövqəladə Hallar Xidməti yayıb.
Bir uşaq olmaqla 5 nəfər xilas edilib.
Yanğının səbəbi araşdırılır.