Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada vətəndaşları kütləvi şəkildə güllələməyə və ardından Suriyada terrorçuların sıralarına qoşulmağa hazırlaşan terrorçunu zərərsizləşdirib
Region
685
27 İyul , 2020 14:54
Moskvada terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətinin Ximki şəhərində paytaxt Moskvada vətəndaşları kütləvi şəkildə güllələməyə və Suriyada terrorçuların sıralarına qoşulmağa hazırlaşan terrorçunu zərərsizləşdirib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə FTX-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, güc strukturları nümayəndələri Ximkidə tərk edilmiş qarajlar olan ərazidə şübhəli şəxs aşkar ediblər.

O, saxlanılacağını və sorğu-sual ediləcəyini anlayınca qarşı tərəf atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Şəxsin üzərində baxış keçirilərkən avtomat silah və qumbara aşkar olunub.

Cinayətkarın Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olduğu ortaya çıxıb. Onun Moskvada kirayədə yaşadığı evdə suriyalı terrorçularla əlaqəli olduğunu və terror hücumu hazırladığını sübut edən sənədlər tapılıb.

Orphus sistemi