Moskvada stüardessa təyyarədən yerə düşüb

Moskvada stüardessa təyyarədən yerə düşüb Hadisə "Vnukovo" hava limanında baş verib
Region
24 Dekabr , 2017 01:49
Moskvada stüardessa təyyarədən yerə düşüb

Bakı. 24 dekabr. REPORT.AZ/ Moskvanın "Vnukovo" hava limanında Hantı-Mansiysk şəhərinə uçan "Utair" aviaşirkətinə məxsus təyyarənin stüardessası yerə düşüb.

“Report” xəbər verir ki, hadisə hava gəmisinin göyərtəsinə yemək qəbulu zamanı baş verib.

Stüardessa qapılar bağlanan zaman ayağı sürüşərək 3-4 metr yüksəklikdən yerə yıxılıb. O, beton perronun üzərinə düşüb.

Qız huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi