Moskvada Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Moskvada Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni təyin olunmuş XİN rəhbəri Ararat Mirzoyan arasında görüşü keçirilir.
Region
138
31 Avqust , 2021 15:31
Moskvada Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir
Sergey Lavrov və Ararat Mirzoyan

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni təyin olunmuş XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçirilir.

“Report”un Rusiya bürosu xəbər verir ki, danışıqların gündəliyindəki mövzular barədə danışan Rusiya XİN rəhbəri təkcə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunmayacağını qeyd edib: “Danışıqlarda beynəlxalq mövzular əhəmiyyətli yer tutacaq. Qarabağ mövzusu da ayrıca bir mövzudur. Burada bir sıra məsələlər var ki, birbaşa 3 ölkə rəhbəri arasında müzakirə olunub. Rusiyanın sülhməramlı kontingentinin müzakirəsi də böyük rol oynayır. Bundan başqa, regionda kommunikasiyaların açılması mövzusu da müzakirə olunacaq”.

Son xəbərlər

Orphus sistemi