​Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş olub

​Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş olub Görüşdə bir sıra məsələlərə toxunulub
Region
7 Sentyabr , 2015 23:41
​Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş olub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Vladimir Putin görüş zamanı erməni həmkarı ilə iki ölkə arasında mal dövriyyəsi səviyyəsinin aşağı düşməsini müzakirə edəcəyinə ümid etdiyini bildirib.

"Xoşdur ki, Rusiya Ermənistanın aparıcı ticari-iqtisadi tərəfdaşı olaraq qalmaqdadır. Ötən il, 2013-cü il ilə müqayisədə mal dövriyyəsi əhəmiyyətli dərəcə artıb, lakin təəssüf ki, cari ilin birinci yarısında azalma istiqamətində dəyişiklik baş verib", - deyə Putin Sarkisyanla görüşdə bildirib.

"Bu gün biz də, yəqin ki, bu barədə danışacağıq, burada müəyyən nüanslar var, hansı ki, mənim onlara hələ ki, cavabım yoxdur. Sizinlə bu məsələləri müzakirə etmək istərdim", — deyə Rusiya prezidenti qeyd edib.

Putin Ermənistan prezidenti ilə müntəzəm olaraq görüşdüyünü, həmçinin tez-tez telefonla danışdığını əlavə edib.

"Buna baxmayaraq Rusiya və Ermənistan arasında münasibətlərin xüsusi xarakterini, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasını və bizim digər inteqrasiya strukturumuz olan KTMT-da tamformatda iştirakını nəzərə alsaq, bizim həmişə müzakirə etməyə mövzumuz var.

Son xəbərlər

Orphus sistemi