Moskvada koronavirus qurbanlarının sayı 1 800-ə çatır

Moskvada koronavirus qurbanlarının sayı 1 800-ə çatır Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 68 nəfər koronavirusun qurbanı olub.
Region
21 May , 2020 01:45
Moskvada koronavirus qurbanlarının sayı 1 800-ə çatır

Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 68 nəfər koronavirusun qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusa qarşı Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.  

Qeyd edilir ki, bununla paytaxtda COVID-19 qurbanlarının sayı 1 800 nəfərə çatır.  

"Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus analizlərinin müsbət nəticə verdiyi 69 pasiyent ölüb", - deyə qərargahın məlumatında bildirilir. Beləliklə, paytaxtda COVID-19 qurbanlarının sayı 1 794 nəfərə çatıb. Qeyd edək ki, ötən gün Moskvada 75 nəfərin təhlükəli virusun qurbanı olduğu bildirilirdi.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi