Moskvada Putin və Merkel arasında danışıqlar başlayıb

Moskvada Putin və Merkel arasında danışıqlar başlayıb Kremldə Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın Kansleri Angela Merkel arasında danışıqlar keçirilir.
Region
20 Avqust , 2021 15:57
Moskvada Putin və Merkel arasında danışıqlar başlayıb
Angela Merkel və Vladimir Putin

Kremldə Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında danışıqlar keçirilir.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Almaniya liderləri müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə etmək, həmçinin bir sıra beynəlxalq və regional məsələləri, o cümlədən koronavirus pandemiyası ilə mübarizə, Ukraynanın şərqindəki münaqişə, Belarus ətrafında cərəyan edən hadisələr və Əfqanıstandakı vəziyyəti nəzərdən keçirmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi