Moskvada “Ostankino” mehmanxanasında yanğın baş verib - YENİLƏNİB

Moskvada “Ostankino” mehmanxanasında yanğın baş verib - YENİLƏNİB Bakı. 30 oktyabr. REPORT.AZ/ Moskvanın şimalında “Ostankino” mehmanxanasında baş verən yanğın söndürülüb.
Region
30 Oktyabr , 2018 16:12
Moskvada “Ostankino” mehmanxanasında yanğın baş verib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Moskvanın şimalında “Ostankino” mehmanxanasında baş verən yanğın söndürülüb. 

“Report” TASS-a istinadən xəbər verir ki, mehmanxanadan 250 nəfər təxliyyə edilib.

Onlardan 42 nəfəri həkim müayinəsindən keçib. Yanğın nəticəsində bir nəfər xəsarət alıb. 

Məlumata əsasən, hadisə zamanı mehmanxanada 1000 müştəri olub.

Hadisənin səbəbi araşdırılır.


*** 15:05

Rusiyanın paytaxtı Moskva şəhərinin şimalında yerləşən “Ostankino” mehmanxanası yanır.

“Report” TASS-a istinadən xəbər verir ki, mehmanxananın ikinci mərtəbəsini qatı tüstü bürüyüb və oradakı insanlar yardım istəyirlər.

Son xəbərlər

Orphus sistemi