​Moskvada Novruz bayramı münasibəti ilə yarmarka və futbol turniri keçiriləcək

​Moskvada Novruz bayramı münasibəti ilə yarmarka və futbol turniri keçiriləcək Rusiya və xarici ifaçıların iştirakı ilə baş tutacaq konsert bayramın əsas hadisəsi olacaq
Region
103
21 Mart , 2015 07:00
​Moskvada Novruz bayramı münasibəti ilə yarmarka və futbol turniri keçiriləcək

Bakı. 21 mart. REPORT.AZ/ Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, həmçinin Rusiyanın müsəlman xalqlarının zəngin milli musiqi, rəqs, sənət və mətbəx ənənələri şənbə günü Novruz bayramı münasibəti ilə “Rusiya” Dövlət Mərkəzi Konsert Zalında təmsil olunacaq.

“Report” xəbər verir ki, bu barədə İTAR-TASS-a Moskvanın Milli Siyasət, Regionlararası Rabitə və Turizm Departamentindən məlumat verilib.

"Rusiya və xarici ifaçıların iştirakı ilə keçiriləcək konsert bayramın əsas hadisəsi olacaq. Aralarında bir sıra ölkə səfirlikləri nümayəndələrinin olacağı qonaqları sərgilər, milli kostyum nümayişləri, Şərq təamlarından dadmaq gözləyir", - deyə idarənin mətbuat xidmətindən bildiriblər.

Bundan əlavə, yaz bayramı münasibəti ilə diaspor nümayəndələrinin komandaları arasında ənənəvi futbol turniri keçiriləcək.

Novruz bayramı qədim dövrlərdən müxtəlif xalqlar tərəfindən gecə və gündüzün bərabərləşdiyi gün kimi qeyd olunur. O, qazax, tatar, özbək, tacik, türkmən, Dağıstan, Azərbaycan, həmçinin Hindistan və Çin xalqları arasında məşhurdur.

Son xəbərlər

Orphus sistemi