Moskvada Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sərgi açılıb

Moskvada Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sərgi açılıb Rusiyanın paytaxtı Moskvanın “Şərq” Dövlət Muzeyində "Nizaminin süjetləri və obrazları" sərgisi açılıb
Region
10 Mart , 2021 22:31
Moskvada Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sərgi açılıb

Rusiyanın paytaxtı Moskvanın “Şərq” Dövlət Muzeyində "Nizaminin süjetləri və obrazları" sərgisi açılıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880-illiyinə həsr edilib.

Tədbiri giriş sözü ilə “Şərq” Muzeyinin direktoru Aleksandr Sedov açıb. O, Nizami Gəncəvinin yaradıcılığına toxunaraq mütəfəkkirin dünya ədəbiyyatı tarixindəki əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sərginin təşkilinə görə “Şərq” Muzeyinin rəhbərliyinə təşəkkür edib. O, vurğulayıb ki, muzey öz adını doğruldur və həmişə xahişlərə diqqətlə yanaşır.

Səfir qeyd edib ki, Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. “Biz Rusiyada həmişə Nizami yaradıcılığına və xatirəsinə diqqət göstərilməsini heç vaxt unutmayacağıq.

Azərbaycan xalqı Rusiya ziyalılarının Leninqradın demək olar, mühasirəyə alındığı 1941-ci ildə Ermitaj muzeyində Nizaminin 800 illiyini qeyd etmələrini heç vaxt unutmur. “Bu bir növ vətəndaş şücaəti idi", - səfir qeyd edib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova Fondun Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına verdiyi töhfədən danışıb.

Sərgiyə 57 predmet: əlyazmalar, miniatürlər, qrafik və rəsm təqdim edilib.

Sərgi mayın 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi