Moskvada rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutulub

Moskvada rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutulub Məlumatı yerli hüquq-mühafizə orqanları yayıb
Region
17 Mart , 2021 17:02
Moskvada rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutulub

Rusiya Baş İstintaq İdarəsinin Moskvadakı şöbəsi polis müstəntiqi və vəkili iri məbləğdə rüşvət aldıqları üçün tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

Bildirilib ki, polis müstəntiqi və Moskva Vəkillər Palatasının vəkili Tatyana Preminina “Svoya apteka” barəsində başlayan cinayət işinin dayandırılması üçün müəssisənin rəhbərliyindən 5 mln rubl (68 530 ABŞ dolları) rüşvət tələb ediblər. Müəssisə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Vəkil 1 mln rublu, müstəntiq isə 2 mln rublu alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar.

Son xəbərlər

Orphus sistemi