Moskvada MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçiriləcək

Moskvada MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçiriləcək Bakı. 13 sentyabr. REPORT.AZ/ Moskvada sentyabrın 18-də Müasir çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlıq. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yanaşmaların koordinasiyası imkanları mövzusunda MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçiriləcək.
Region
13 Sentyabr , 2018 13:16
Moskvada MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçiriləcək
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Moskvada sentyabrın 18-də "Müasir çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlıq. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yanaşmaların koordinasiyası imkanları" mövzusunda MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, görüşdə MDB ölkələrinin XİN rəsmiləri MDB-yə üzv dövlətlərin çoxtərəfli formatlarda antiterror əməkdaşlığına dair məsələləri müzakirə edəcəklər. Həmçinin İŞİD və digər beynəlxalq terror təşkilatlarına qarşı mübarizə, xarici terrorçu-yaralı problemləri və radikallaşmaya qarşı mübarizə ilə bağlı müzakirələr olacaq.

Bundan əlavə, XİN-lərarası məsləhətləşmələrin iştirakçıları terrorizmin maliyyələşdirilməsinə, narkotik trafikinə qarşı mübarizə sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunması kimi məsələləri də müzakirə etmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi