Bakı. 5 iyul. REPORT.AZ/ Moskva şəhərinin Xovrino rayonunda yerləşən yaşayış kompleksində lift qırılaraq 40-cı mərtəbədən aşağı düşüb.
“Report” “Moskva” agentliyinə istinadən xəbər verir ki, məlumatı Rusiya paytaxtının Fövqəladə Hallar Xidməti yayıb.
Qəza baş verən zaman liftdə adam olub.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.