Moskvada koronavirusdan ölənlərin sayı 3 700-ü ötdü

Moskvada koronavirusdan ölənlərin sayı 3 700-ü ötdü Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölən pasiyentlərin ümumi sayı bir gün ərzində 20 nəfər artıb.
Region
26 iyun 2020 20:36
Moskvada koronavirusdan ölənlərin sayı 3 700-ü ötdü

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölən pasiyentlərin ümumi sayı bir gün ərzində 20 nəfər artıb.

Bu barədə “Report” Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahına istinadən xəbər verir.

"Moskvada 20 pasiyent öldü, onların hamısında pnevmoniya diaqnozu təsdiq edilmişdi və koronavirus testlərinin nəticəsi müsbət alınmışdı", - qərargahda bildirilib.

Operativ Qərargahın məlumatına görə, Moskvada ümumilikdə koronavirusa yoluxmuş 3 714 insan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi