Moskvada koronavirusdan ölənlərin sayı 1 500-ü ötdü

Moskvada koronavirusdan ölənlərin sayı 1 500-ü ötdü Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 1 503 nəfərə çatıb.
Region
17 May , 2020 00:25
Moskvada koronavirusdan ölənlərin sayı 1 500-ü ötdü

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 1 503 nəfərə çatıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində paytaxtda daha 71 nəfər koronavirusun qurbanı olub.

Hazırkı dövrədək Rusiyada 272 043 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 166 nəfər müalicə olunaraq sağalıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,6 milyon test aparılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi