Moskvada koronavirusdan ölənlərin sayı 1 200-ü ötdü

Moskvada koronavirusdan ölənlərin sayı 1 200-ü ötdü Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan 50-dən çox pasiyent ölüb.
Region
289
12 May , 2020 23:17
Moskvada koronavirusdan ölənlərin sayı 1 200-ü ötdü

Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan 50-dən çox pasiyent ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 1 232 nəfərə çatıb. 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 53 pasiyent öldü", - qərargahda bildiriblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Orphus sistemi