Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada daha 18 pasiyent COVID-19-dan ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koronavirusla mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, bununla da paytaxtda pandemiya qurbanlarının 5 164 nəfərə çatıb.
"Son sutkada Moskvada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus infeksiyası testinin müsbət nəticə verdiyi 18 pasiyent ölüb", - deyə operativ qərargahdan bildirilir.
Qeyd edək ki, ötən gün bu rəqəm 17 nəfər təşkil edib.