Rusiyanın paytaxtı Moskvada daha 31 pasiyent koronavirusun qurbanı olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
Qeyd edilir ki, paytaxtda COVID-19 qurbanlarının sayı 435-ə çatıb.
Rusiyada COVID-19-a 80 min yoluxma qeydə alınıb. Ölkənin virusa yoluxmuş təxminən 7 min sakini sağalıb. Bildirilir ki, 700-dən çox sakin pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-ya çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.
ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.