Moskvada koronavirus qurbanlarının sayı 4 900-ə çatır

Moskvada koronavirus qurbanlarının sayı 4 900-ə çatır Rusiyanın paytaxtı Moskvada daha 13 nəfər koronavirusdan ölüb.
Region
366
6 Sentyabr , 2020 00:10
Moskvada koronavirus qurbanlarının sayı 4 900-ə çatır

Rusiyanın paytaxtı Moskvada daha 13 nəfər koronavirusdan ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, bununla da paytaxtda koronavirusdan ölənlərin ümumi sayı 4 891 nəfərə çatıb. 

"Moskvada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus infeksiyası testinin müsbət çıxdığı 13 nəfər vəfat edib", - deyə xəbərdə bildirilir. 

Qeyd edək ki, ötən gün paytaxtda koronavirus qurbanlarının sayı 11 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi