Moskvada koronavirus qurbanlarının sayı 2 254-ə çatdı

Moskvada koronavirus qurbanlarının sayı 2 254-ə çatdı Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 71 nəfər koronavirusdan ölüb.
Region
126
28 May , 2020 02:01
Moskvada koronavirus qurbanlarının sayı 2 254-ə çatdı

Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 71 nəfər koronavirusdan ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19 qurbanlarının ümumi sayı 2 254 nəfərə çatıb. Xatırladaq ki, ötən gün koronavirusdan 73 nəfər ölmüşdü. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi