Moskvada iki qrup arasında silahlı atışma baş verib

Moskvada iki qrup arasında silahlı atışma baş verib Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində iki qrup arasında silahlı atışma baş verib.
Region
3 sentyabr 2018 15:00
Moskvada iki qrup arasında silahlı atışma baş verib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində iki qrup arasında silahlı atışma baş verib. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Varşava avtomobil yolunda qeydə alınıb.

“İlkin məlumata görə, bir neçə şübhəli şəxs bir-birinə iri məbləğdə pul ötürən iki kişiyə atəş açıblar. Şübhəlilər pulu ələ keçirib minik maşını ilə hadisə yerindən uzaqlaşıblar”, -hüquq-mühafizə orqanlarından bildiriblər.

Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi