Moskvada daha 65 nəfər koronavirusdan öldü

Moskvada daha 65 nəfər koronavirusdan öldü Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 611 nəfərə çatıb.
Region
30 Aprel , 2020 00:27
Moskvada daha 65 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 611 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, son gün ərzində Moskvada daha 65 nəfər COVID-19-un qurbanı olub. 

"Moskvada pnevmaniya və koronavirus infeksiyası ilə bağlı testin müsbət nəticə verdiyi 65 pasiyent ölüb", - operativ qərargahdan bildirilib. 

Operativ Qərargahın məlumatına görə, Rusiyada koronavirusa 99 399 yoluxma qeydə alınıb. Virusa yoluxmuş 10 826 nəfər sağalıb, 972 nəfər ölüb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi