Moskvada bir gündə koronavirusdan 55 nəfər ölüb

Moskvada bir gündə koronavirusdan 55 nəfər ölüb Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 1 179 nəfərə çatıb.
Region
192
11 May , 2020 23:41
Moskvada bir gündə koronavirusdan 55 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 1 179 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, bir gün ərzində paytaxtda daha 55 pasiyent ölüb. 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərin müsbət nəticə verdiyi 55 pasiyent öldü", - qərargahda bildiriblər.

Bununla da Rusiyada koronavirus 221 344 yoluxma halı qeydə alınıb, 2 009 nəfər ölüb, 39 801 insan sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi