Moskvada daha 41 nəfər COVID-19-dan öldü

Moskvada daha 41 nəfər COVID-19-dan öldü Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı artıb.
Region
352
24 Aprel , 2020 22:55
Moskvada daha 41 nəfər COVID-19-dan öldü

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı artıb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə koronavirusla əlaqəli yaradılmış operativ qərargah məlumat verib.

Məlumata görə, son sutka ərzində COVID-19-dan 41 nəfər ölüb.

“Ölənlər arasında 34 yaşdan 92 yaşa qədər olan xəstələr var. Vəfat edən xəstələrin çoxunda başqa xəstəliklər də mövcud olub”, - deyə operativ qərargahın məlumatında bildirilir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi