Moskvada COVID-19-dan ölənlərin sayı 3 280 nəfəri ötdü

Moskvada COVID-19-dan ölənlərin sayı 3 280 nəfəri ötdü Son sutkada Moskvada koronavirusdan daha 50 nəfər ölüb.
Region
14 İyun , 2020 00:38
Moskvada COVID-19-dan ölənlərin sayı 3 280 nəfəri ötdü

Son sutkada Moskvada koronavirusdan daha 50 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin Koronavirusla bağlı Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, pandemiya ərzində paytaxtda COVID-19-dan ümumilikdə 3 281 nəfər ölüb.

Moskvada bu günə kimi təhlükəli virusa 204 min yoluxma qeydə alınıb. Virusa yoluxmuş təxminən 120 min pasiyent sağalıb.

Rusiyada isə COVID-19-a 520 mindən çox yoluxma aşkarlanıb. Bununla yanaşı, 275 min insan virusdan sağalıb, 6 829 min nəfər vəfat edib.  

Son xəbərlər

Orphus sistemi