Moskvada yüzlərlə azərbaycanlı Fuad Abbasovun müdafiəsi məqsədilə yenidən aksiyaya başlayıb - FOTO

Moskvada yüzlərlə azərbaycanlı Fuad Abbasovun müdafiəsi məqsədilə yenidən aksiyaya başlayıb - FOTO Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb.
Region
146
23 İyun , 2019 19:08
Moskvada yüzlərlə azərbaycanlı Fuad Abbasovun müdafiəsi məqsədilə yenidən aksiyaya başlayıb - FOTO
Foto: "Report"

Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, soydaşlarımz paytaxt Moskvanın mərkəzi küçələrindən olan Saxarova, ev 17 ünvanında aksiyaya qoşulublar.

Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aksiya iştirakçıları ilə görüşərək, azərbaycanlı həmkarının azadlığa çıxması üçün soydaşlarımızla sonadək bir yerdə olacağını bildirib.

Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev "Report"un yerli bürosuna açıqlamasında aksiyanın məqsədindən danışıb. O, bildirib ki, məqsəd jurnalist barədə etiraz səsini bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi