Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu

Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu Moskvanın Nikulin məhkəməsi Ermənistandan gələn 7 nəfərə 2 il həbs cəzası verib
Region
650
25 Fevral , 2021 11:45
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu

Moskvanın Nikulin rayon Məhkəməsi Azərbaycan restoranına hücum edən Ermənistandan olan 7 nəfərə hökm oxuyub.

"Report" TASS-a istinadən xəbər verir ki, onların hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, habelə Razmiq Saakyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silah olaraq istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq) ilə təqsirli bilib və onları iki il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi