Moskvada avtobusun dayanacağa girməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı REN TV yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında Moskvanın Stavropol küçəsində baş verib.
Hadisə yerində xilasedicilər fəaliyyət göstərir. Qəzanın səbəbi məlum deyil.