Moskva vilayətində qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Moskva vilayətində qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb Təxminən 150 nəfər xəstəxanalara çatdırılıb, onlardan 108-i hələ də xəstəxanalarda qalır
Region
30 May , 2017 11:48
Moskva vilayətində qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Bakı. 30 may. REPORT.AZ/ Moskva regionunda qasırğa qurbanlarının sayı 16 nəfərə yüksəlib. Onlardan 11-i Moskvada, digər 5-i isə Moskva ətrafında həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Əlverişsiz hava şəraiti ciddi fəsadlara səbəb olub: 3,5 mindən çox ağac kökündən qopub, 1,5 mindən çox avtomobilə və 140-dan çox yaşayış evi və inzibati binanın dam örtüyünə xətər yetirilib.

Təxminən 150 nəfər xəstəxanalara çatdırılıb, onlardan 22-si uşaq olmaqla 108-i hələ də xəstəxanalarda qalır.

Moskva meri Sergey Sobyanin bildirib ki, qasırğa nəticəsində ölən və yaralananların ailələrinə bir milyon rubl veriləcək.

Moskvanın kommunal xidmətləri əlverişsiz hava şəraitinin bütün fəsadlarını aradan qaldırıncaya qədər gücləndirilmiş iş rejimində çalışacaq.

Son xəbərlər

Orphus sistemi