Moskva vilayətində 5 müttəhim təcridxanadan qaçıb

Moskva vilayətində 5 müttəhim təcridxanadan qaçıb Rusiyanın Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti təcridxanadan 5 müttəhim qaçıb.
Region
6 Avqust , 2021 12:48
Moskva vilayətində 5 müttəhim təcridxanadan qaçıb

Rusiyanın Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti təcridxanadan 5 müttəhim qaçıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva vilayət Prokurorluğundan bildirilib.

Məlumata görə, qaçan müttəhimlər bunlardır: Avan Surkanu, Aleksandr Butnaru, Denis Qrozavu, Nikolay Teterya və Aleksandr Mavridi.

Bildirilib ki, Aleksandr Mavridi “Ət imperiyası”nın sahibi Vladimir Maruqovun qətlində ittiham olunur.

Qeyd edək ki, “Ət imperiyası” (“Myasnaya imperiya”) və “Ozereskiye kolbası” şirkətlərinin baş direktoru Vladimir Maruqov 2020-ci ilin noyabrında İstrada şəhərətrafı evində qətlə yetirilib. Hadisənin səhəri günü Qazaxıstan əsilli, 49 yaşlı Aleksandr Mavridi qətldə şübhəli bilinərək tutulub.

Son xəbərlər

Orphus sistemi