Bakı. 16 oktyabr. REPORT.AZ/ Moskva və Mahaçqalada Ümumdünya gənclər və tələbələr festivalında partlayış hazırlamaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının “özəy”i tutulub.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
İnformasiyaya əsasən, saxlanılan terrorçular İŞİD qruplaşması ilə əlaqədar olduqlarını və terror aktı hazırladıqlarını etraf ediblər. Onlardan iki bomba və soyuq silah aşkarlanıb.
Qeyd edək ki, XIX Ümumdünya gənclər və tələbələr festivalı oktyabrın 14-də Rusiyanın Soçi şəhərində başlayıb. Tədbir oktyabrın 22-də başa çatacaq. Festivalda 150 ölkənin, o cümlədən Azərbaycanın nümayəndə heyəti də iştirak edir.