Moskva metrosunun altı stansiyası yanğın səbəbiylə müvəqqəti bağlanıb

Moskva metrosunun altı stansiyası yanğın səbəbiylə müvəqqəti bağlanıb "Vıxino" yerüstü stansiyasında baş verən yanğın nəticəsində təxminən 100 kvadrat metr ərazi yanıb
Region
8 İyul , 2016 10:29
Moskva metrosunun altı stansiyası yanğın səbəbiylə müvəqqəti bağlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Moskva metrosunun Taqansko-Krasnopresnenskaya xəttində (bənövşəyi xətt) texniki problemlər səbəbiylə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə Moskva metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Bu hissədə qatarların hərəkətinin dayandırılmasının səbəbi kimi isə gərginliyin olmaması göstərilib.

Qeyd edək ki, daha əvvəl "Vıxino" yerüstü stansiyasında yanğın baş verib. Nəticədə təxminən 100 kvadrat metr ərazi yanıb. Heç kim xəsarət almasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.

Sərnişinlər üçün pulsuz avtobuslar istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi