Moskva aeroportunda iki sərnişin təyyarəsi toqquşub

Moskva aeroportunda iki sərnişin təyyarəsi toqquşub Hadisə "Şeremetyevo" hava limanında baş verib
Region
17 Dekabr , 2016 23:28
Moskva aeroportunda iki sərnişin təyyarəsi toqquşub

Bakı. 17 dekabr. REPORT.AZ/ Moskvanın "Şeremetyevo" Beynəlxalq Hava Limanında iki "A321" tipli aerobus qanad-qanada toqquşub. Təyyarələrin göyərtəsində sərnişin və heyət üzvləri olmayıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidmətindən məlumat verilib.

"Təyyarələrdə sərnişin və heyət üzvləri olmayıb", - deyə aeroportdan bildirilib və hər iki təyyarənin "Aeroflot" aviaşirkətinə məxsus olduğu qeyd olunub.

"Şeremetyevo"nun mətbuat xidmətinin məlumatına görə, toqquşma təyyarələrdən birinin yedəyə alınması zamanı baş verib. Həmin zaman digər təyyarə perronda olub. Hazırda hava limanı daxilində toqquşmanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi