Moskva aeroportlarında təyyarələr kütləvi şəkildə gecikir, 21 reys ləğv olunub

Moskva aeroportlarında təyyarələr kütləvi şəkildə gecikir, 21 reys ləğv olunub Rusiyanın paytaxtı Moskvanın hava limanlarında təyyarə reyslərinin kütləvi şəkildə ləngiməsi və təxirə salınması baş verib.
Region
12 may 2023 07:13
Moskva aeroportlarında təyyarələr kütləvi şəkildə gecikir, 21 reys ləğv olunub

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında təyyarə reyslərinin kütləvi şəkildə ləngiməsi və təxirə salınması baş verib.

“Report” bildirir ki, bu barədə “Yandex.Schedules” məlumat yayıb.

Moskvanın Vnukovo hava limanında 2 reys gecikib, 6 reys təxirə salınıb, Şeremetyevoda 1 təyyarənin uçuş vaxtı dəyişdirilib, Domodedovoda daha 7 təyyarə reysi gecikib, 5 uçuş ləğv edilib.

Mayın 12-də Moskva hava limanlarında ümumilikdə 21 təyyarə reysi ləğv olunub.

Ləngimə və gecikmə hallarının səbəbləri açıqlanmasa da, mayın əvvəlində dermatoloqların tez-tez təyyarə uçuşlarına görə turistlərə dəri xərçəngi riski barədə xəbərdarlıq etdiklərinə dair məlumat yayılıb.

Mütəxəssislər bildiriblər ki, təyyarələrin uçuş hündürlüyündə günəş işığının dəriyə mənfi təsiri xeyli artıb.

Son xəbərlər

Orphus sistemi