Moskva aeroportlarında 70-ə yaxın reys ləğv olunub və ya gecikib

Moskva aeroportlarında 70-ə yaxın reys ləğv olunub və ya gecikib Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərinin beynəlxalq aeroportlarında 68 reys ləğv olunub və ya gecikib.
Region
19 Yanvar , 2019 02:25
Moskva aeroportlarında 70-ə yaxın reys ləğv olunub və ya gecikib

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərinin beynəlxalq aeroportlarında 68 reys ləğv olunub və ya gecikib.

“Report” xəbər verir ki, bunu "Yandeks.Raspisaniya" xidmətinin məlumatları göstərir.

Bakı vaxtı ilə 01.43-ə olan məlumata görə, Domodedovoda 8 reys ləğv olunub və 6-sı ləngiyib. Şeremetyevoda 42 reys gecikib, Vunukovoda 7 reys ləğv olunub və 5-i ləngimə ilə uçub.

Daha əvvəl şəhərdə güclü küləyin əsməyə başladığı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi