Moldovanın müdafiə naziri vəzifəsini icra edən şəxs istefa verib

Moldovanın müdafiə naziri vəzifəsini icra edən şəxs istefa verib Prezident İqor Dodon istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək
Region
31 May , 2017 13:18
Moldovanın müdafiə naziri vəzifəsini icra edən şəxs istefa verib

Bakı. 31 may. REPORT.AZ/ Moldovanın müdafiə naziri vəzifəsini icra edən Georgi Qalbur istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moldovanın Müdafiə Nazirliyi yayıb. 

İnformasiyaya əsasən, 2016-cı ildə Anatoli Şalaru müdafiə naziri vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini birinci müavini Georgi Qalbur icra etməyə başlayıb. Moldova prezidenti İqor Dodon hələlik G.Qalburun istefasını qəbul etməyib. Dövlət başçısı istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Moldovanın hakim koalisiyasında təmsil olunan Liberal Partiyanın hökumətdəki başqa üzvləri də istefa verdiklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi