Moldovanın keçmiş prezidenti saxlanılıb

Moldovanın keçmiş prezidenti saxlanılıb Moldova Prokurorluğunun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları ölkənin keçmiş Prezidenti İqor Dodonun yaşadığı evdə axtarış aparıblar
Region
24 May , 2022 11:39
Moldovanın keçmiş prezidenti saxlanılıb

Moldovanın keçmiş prezidenti İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 4 maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun mətbuat katibi Marianna Kerpek jurnalistlərə bildirib.

“İstintaq tədbirləri davam etdirilir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq saxlanılıb”, - Kerpek bildirib.

09:34

Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek bildirib.

Onun sözlərinə görə, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.

İ.Dodon iş adamı Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.

Məlumata görə, keçmiş deputat Yuri Renitse 2020-ci ildə o vaxt prezident olan İ.Dodonun Demokrat Partiyasının lideri, iş adamı Vladimir Plaxotnyuk və müavini Sergey Yaralovla görüşünün videoyazısını paylaşıb. Həmin videoda partiya sədrinin İ.Dodona zərf verdiyi görünür. Deputatın sözlərinə görə, zərfdə külli məbləğdə pul olub. Görüş 2019-cu ilin iyununda baş verib. Bundan bir neçə gün sonra İ.Dodon Moldovanı tərk edib. Sabiq Prezident hazırda ölkəsində yaşayır.

Qeyd edək ki, V.Plaxotnyuk keçmiş deputat və Moldovanın ən varlı adamalarındandır. 2017-ci ilin noyabrında Moskvanın Basmannı rayon məhkəməsi qətllə bağlı onun barəsində qiyabi həbs qərarı çıxarıb. O, çirkli pulların yuyulmasında və qanunsuz varlanmaqda, habelə milyardlarla dolları bank sistemindən çıxarmaqda ittiham olunur. V.Plaxotnyukun 2019-cu ilin iyununda ölkəni tərk etdiyi bildirilib. Kişineu məhkəməsi onun qiyabi həbsi ilə bağlı bir neçə dəfə hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi