Moldovanın Dnestryanı bölgəsində partlayış baş verib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, hadisə Tiraspol şəhərində, separatçı respublikanın Dövlət Təhlükəsizlik Nazirliyinin binası yaxınlığında qeydə alınıb.
Bildirilib ki, binaya qumbaraatanlardan atəş açılıb.
Hadisənin Rusiyanın təxribatı olduğu ehtimal edilir.