Moldovada daha 3 nəfər koronavirusun qurbanı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, bununla da koronavirusdan ölənlərin sayı 119-ə çatıb. 1 272 pasiyent infeksiydan sağalıb. Bir müddət əvvəl hökumət Moldovada 3 897 nəfərin infeksiyaya yoluxduğunu açıqlamışdı.
Moldova parlamenti martın 17-də fövqəladə vəziyyət rejiminin daha 60 gün müddətinə uzadılması barədə qərar qəbul edib.
Ölkədə kütləvi mədəni və dini tədbirlərin keçirilməsi qadağan edilib.