Moldovada daha 5 nəfər koronavirusun qurbanı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moldova Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, bununla da koronavirusdan ölənlərin sayı 101-ə çatıb. Bir müddət əvvəl hökumət Moldova üzrə 3 408 nəfərin infeksiyaya yoluxduğunu açıqlamışdı. Moldova parlamenti martın 17-də fövqəladə vəziyyət rejiminin daha 60 gün müddətinə uzadılması barədə qərar qəbul edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.