Moldova prezidentinin andiçmə tarixi açıqlanıb

Moldova prezidentinin andiçmə tarixi açıqlanıb O bildirib ki, pandemiyaya görə andiçmə mərasimində iştirak edənlərin sayı məhdud olacaq.
Region
1541
30 Noyabr , 2020 15:45
Moldova prezidentinin andiçmə tarixi açıqlanıb
Mayya Sandu

Moldova prezidentinin andiçmə mərasimi dekabrın 24-də Kişineuda Respublika sarayında keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın yeni prezidenti Mayya Sandu bildirib.

Onun sözlərinə görə, pandemiyaya görə andiçmə mərasimində iştirak edənlərin sayı məhdud olacaq.

Qeyd edək ki, Moldovada noyabrın 15-də keçirilən prezident seçkisində Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu 57,75 faiz səs toplayaraq qalib gəlib.

Son xəbərlər

Orphus sistemi