Moldova prezidenti səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendum keçirir

Moldova prezidenti səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendum keçirir İqor Dodon: “4 məsələ üzrə məşvərət referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmək qərarına gəldim”
Region
29 Mart , 2017 15:56
Moldova prezidenti səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendum keçirir

Bakı. 29 mart. REPORT.AZ/ Moldova Prezidenti İqor Dodon dövlət başçısı səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb.

“4 məsələ üzrə məşvərət referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmək qərarına gəldim”, - deyə, o, prezidentliyinin yüz günlüyünə həsr edilən mətbuat konfransında söyləyib.

Referendumda prezidentin parlamenti buraxması və növbədənkənar seçki keçirilməsini elan etmək səlahiyyəti verilməsinə, deputatların sayının 101-dən 71-ə enidirməsinə münasibət bildiriləcək.

Bundan başqa, seçicilər “Moldova tarixi” kursunun məktəblərdə tədrisinə də münasibət bildirəcəklər.

Məlumata görə, referendum 2017-ci il sentyabrın 24-də keçiriləcək. Dodon əlavə edib ki, məşvərət xaraketrli bu referendumu ölkə Konstitusiyası ilə ləğv etmək olmaz.

Xatırladaq ki, İqor Dodon ötən ilin dekabrından Moldovanın prezidentidir. Ölkədə prezident 4 illiyə seçilir. Parlamentə çağırış, qanunvericilik təşəbbüsü ilə çıxş etmək onun səlahiyyətlərinə daxildir.  

Son xəbərlər

Orphus sistemi