Moldova “Mir” teleradio şirkəti ilə müqavilədən çıxır

Moldova “Mir” teleradio şirkəti ilə müqavilədən çıxır Moldova parlamenti “Mir” teleradio şirkətinin fəaliyyəti ilə bağlı müqavilədən çıxmaq barədə qərar qəbul edib.
Region
11 may 2023 10:06
Moldova “Mir” teleradio şirkəti ilə müqavilədən çıxır

Moldova parlamenti “Mir” teleradio şirkətinin fəaliyyəti ilə bağlı müqavilədən çıxmaq barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən bildirir ki, məlumatı qanunverici orqanın Mətbuat xidməti yayıb.

Parlamentin 101 deputatından 56-sı qərar layihəsinin lehinə səs verib.

Qeyd edək ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti MDB-yə üzv dövlətlərin başçıları arasında bağlanmış sazişə əsasən 1992-ci il oktyabrın 9-da yaradılıb.

Xatırladaq ki, 2023-cü ilin fevralında Moldovanın xarici işlər naziri Niku Popesku ölkəsinin MDB-dən çıxdığını açıqlayıb: “Biz MDB çərçivəsində sazişləri denonsasiya etməyə başlayırıq. Biz bu siyahını yeniləyib dərc edəcəyik. Təkcə Daxili İşlər Nazirliyinin xətti ilə 20-yə yaxın müqaviləni denonsasiya edirik”.

Son xəbərlər

Orphus sistemi